Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.09.2022

Maarifləndirmədə yeni mərhələ...

Narkomaniya ilə mübarizədə müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərən yerli polis orqanlarının aidiyyəti əməkdaşları məhəllələrdə sakinlərlə görüşlərə başlayıblar.

Nizami Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi, Gənclər və İdman İdarəsi ilə birgə rayonunun müxtəlif ünvanlarında keçirilən “Sağlam həyat naminə narkomaniyaya yox!” adlı maarifləndirici aksiyaya könüllülər də qoşulub.

Aksiya çərçivəsində Keşlə qəsəbəsində, 8-ci kilometr yaşayış ərazisində, parklarda, dayanacaqlarda, metro çıxışlarında əhali ilə, xüsusən, yeniyetmələrlə narkomaniya ilə bağlı maarifləndirici söhbətlər aparılır. Könüllülər tərəfindən gənclərə narkomaniyadan və onun ağır fəsadlarından bəhs edən bukletlər paylanılır.

Görüşlərdə həmkarlarımız narkotik maddələrin insan orqanizminə və cəmiyyətə vurduğu yaralardan bəhs edir, gənclərin diqqətini sağlam həyat tərzinin önəminə çəkir və dəyərli tövsiyələr verirlər.
Vətəndaşlar tərəfindən böyük razılıq hissi ilə qarşılanan aksiyanın böyük mənəvi-tərbiyəvi əhəmiyyət daşıdığı və mütəmadi olaraq keçirilməsini dəstəklədikləri bildirilir.

R.Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər