Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.09.2022

Həqiqət axtarışında

İstintaq hər nə qədər leksik mənasına görə cinayətlə əlaqədar məsələni aydınlaşdırmaq üçün aparılan sorğu-sual kimi başa düşülsə də, mahiyyət etibarilə o həqiqət axtarışıdır. Oğru, quldur, soyğunçu, ümumiyyətlə, istənilən cinayətkar məsuliyyətdən yayınmaq üçün ilk növbədə həqiqəti gizlətməyə can atır.

Zaqatala RPŞ-nin İstintaq Bölməsinin müstəntiqləri də məhz həqiqəti axtarıb tapmağa çalışırlar ki, ədaləti təmin edə bilsinlər. Onların müvafiq hesabat dövrü ərzində statistik göstəricilərinə əsasən törədilən cinayətlərdə həqiqətin nədən ibarət olduğunu, təqsirli ilə təqsirsizi ayırd etmək naminə səylə çalışdıqlarını söyləmək olar. Belə ki, cari ilin 6 ayı ərzində Zaqatala rayonunda baş vermiş cinayətlərin açılma faizi 92,9 təşkil edib. Bu, rəqəm, əslində, hər bir cinayət işində müstəntiqlərin cəzanın labüdlüyü prinsipinə nə qədər önəm verdiklərini, qanunun aliliyini təmin etmək məqsədi ilə qətiyyətli davrandıqlarını ifadə edir. Üstəlik, istintaqı başa çatmış və məhkəməyə göndərilən işlərdə bütün qanunu prosedurlar gözlənildiyinə, obyektiv araşdırılma aparıldığına görə cinayət işləri təkrar araşdırma aparılması üçün geri göndərilməyib.

Bu uğur göstəricisinin əsasında istintaq orqanına daxil olan vətəndaş müraciətlərinə, o cümlədən zərərçəkmişlərə həssas yanaşmanın başlıca rol oynadığı şübhəsizdir. Çünki hər bir polis bölməsi, hər bir səlahiyyətli polis əməkdaşının xidməti otağı ədalətə açılan ilk qapıdır və vətəndaşlar aradığı çarəni məhz burada tapırlar, tapmalıdırlar da.

Zaqatala RPŞ-nin İstintaq Bölməsinin rəisi, polis mayoru Mehrab Məmmədovun istintaqla əlaqəli müraciət edən hər bir rayon sakinini qəbul edib dinləməsi, probleminin həlli istiqamətində Polis Şöbəsinin rəhbərliyi ilə əməli addımlar atılması bu rayonun polis orqanını gerçək güvənc yerinə, ədalətin tapıldığı ünvana çevirir. Burada xidmət edən gənc müstəntiqlər, polis leytenantı Pərvin Rüstəmov və polis kapitanı Surac Əhmədovun da sərgilədikləri əzm, iradə cinayətlərin üstünün açılmasında müsbət tendensiyanın qorunub-saxlanılacağına və hər zaman həqiqəti tapacaqlarına parlaq ümid vəd edir.

R.Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər