Logotype

1933-cü ildən çıxır

Xəbərlər

28.08.2022

Uşaqlarla bağlı vacib görüş

Avqustun 30-da Bakı şəhər Baş Polis İdarəsində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı dövlət və qeyri-hökumət təşkilatları ilə görüş keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Şəhəri İcra Hakimiyyətinin, Ümidli Gələcək STİB-nin nümayəndələri və yerli polis orqanlarının yetkinlik yaşına çatmayanlarla iş üzrə əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Elnur Kərimov uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin etibarlı təminat mexanizmləri yaratdığını, Fəaliyyət Planının da bu mənada mühüm əhəmiyyətə malik olan sənədlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, görüşün keçirilməsində məqsəd sənəddə nəzərdə tutulan yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə işin təkmilləşdirilməsi, polislə qarşılıqlı əlaqənin qurulmasıdır.

Daha sonra BPİ İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis polkovniki İbrahim İsmayılov məruzə ilə çıxış edərək, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla profilaktiki iş aparan əməkdaşlarının fəaliyyətlərini mövcud qanunverici aktlara əsasən təşkil etdiklərini vurğulayıb. Bölmə rəisi paytaxt ərazisində yerləşən rayon polis idarələrinin bu sahədəki əməkdaşlarının uşaqların qanunsuz əməyə cəlb edilməsi, hüquqpozma əməli törətmiş yetkinlik yaşına çatmayanların açıq və qapalı təlim-tərbiyə müəssisələrinə, həmçinin sosial təhlükəli vəziyyətdə olan uşaqların sığınacaqlara yerləşdirilməsi, avaraçılıqla məşğul olan, dilənən, küçə həyatı sürən uşaqların qorunması istiqamətində həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib.

Digər iştirakçılar da elan edilən mövzular üzrə çıxışlar edib, fikir mübadiləsi aparıb, təkliflər səsləndiriblər.
Tədbirin moderatoru, İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova dövlət və qeyri-hökumət təşkilatları ilə anoloji görüşün növbəti ayda keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər