Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.06.2022

“Asayişin keşiyində” jurnalının növbəti nömrəsi işıq üzü gördü

“Asayişin keşiyində” jurnalının növbəti nömrəsi işıq üzü gördü. “Polis”in əlavəsi kimi onu ərsəyə gətirsək də yaradıcılıq imkanlarımıza güvənib bu nömrədə də müxtəlifliyi və rəngarəngliyi ilə qəlblərə yol tapacaq məqalələrlə, bədii yaradıcılıq nümunələri ilə görüşünüzə gəldik.
Jurnalın ilk səhifəsində yer alan “Şuşadakı Novruz tonqalı”nı işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan əsgəri ilə çiyin-çiyinə xidmət aparan həmkarlarımızın, elə hər birimizin sevincini 30 il həsrətində olduğumuz Pənahəli xanın yurdunda­ – Şuşada bayram tonqalının qığılcımıyla alovlandırdıq.
Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayından, Vətən savaşında Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq”una dönən hərbi qulluqçularımızın fədakarlığından, zirvəyə ucalan general ömründən, polis olmaq istəyən gənclərimizin arzularından, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəhər və rayonlarda keçirdiyi qəbullardan, şəhid ailə üzvlərinin və Vətən müharibəsi iştirakçılarının DİO-ya xidmətə qəbulundan, əməliyyat-xidməti fəaliyyətin nəticələri ilə əlaqədar keçirilən kollegiya iclasından bəhs edən yazılar inanırıq ki, diqqətinizdən yayınmayacaq.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər