Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.06.2022

Bir məktubun sorağı ilə...

“Texnofest festivalında qızım diqqətsizlik ucbatından içərisində pul və mühüm sənədlər olan cüzdanını itirmişdi. Cüzdanı tapan Xəzər Rayon Polis İdarəsi Post-Patrul Xidməti Bölüyünün əməkdaşları bu barədə oradakı tələbələri məlumatlandırıb, əlaqə nömrəsi veriblər. Xəbər tutan kimi polislərlə əlaqə saxladıq.

Bu hadisə Azərbaycan Polisinə olan inamımızı ikiqat artırdı. Polislərin ayıq-sayıq, operativ və peşəkar olduqlarının bir daha şahidi oldum. Və sözün həqiqi mənasında, qürurlandım”.
Bu fikirlər siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Bayram Hüseynzadənin DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubundandır. Həmkarlarımızı axtarıb, arayıb həmsöhbət olduq.

Xəzər RPİ PPXB-nin komandiri, polis kapitanı İrşad Alxasov: “Gündüz xidmətdə olan manqa komandiri, polis baş serjantı Vaqif Kərimov və polis nəfəri, polis serjantı Rafael Hüseynov işıq dirəyinin yanında cüzdan aşkar ediblər. Əməkdaşlar pul kisəsinin Bakı Dövlət Universitetinin tələbəsinə aid olduğunu müəyyənləşdiriblər. Bu barədə orada olan digər tələbələr məlumatlandırılıb. Bir neçə saatdan sonra bir vətəndaş zəng vuraraq pul kisəsinin onun qızına məxsus olduğunu bildirib. Elə həmin gün Bayram Hüseynzadə idarəyə dəvət olunub, sənədlər və 125 manat ona qaytarılıb”.

Teymur Əlizadə

Geriyə Çap et


Faydalı keçidlər
Linklər