Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.06.2022

Polis övladı Azərbaycan çempionu oldu

Bu gün Azərbaycan dünya miqyasında həm də güclü idman ənənələri ilə tanınır. Ölkəmizdə idmanın ümummilli hərəkata çevrilməsi, inkişafı gələcək nəslin sağlam, vətənpərvər ruhda böyüməsinə xidmət edir. Yeri gəlmişkən, sıralarımızda beynəlxalq arenalarda uğurlara imza atmış yüzlərlə idmançı polislər, eləcə də onların övladları var.

Budəfəki qəhrəmanımız Abşeron RPİ-nin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Yaşar Məmmədovun oğlu Tuncay Məmmədovdur. O, artıq idman karyerasındakı gələcək uğurlarının ilk təməlini qoyub. Belə ki, Tuncay mayın 29-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən Kunq-Fu üzrə Azərbaycan çempionatının qalibi olub. Həmkarımızın oğlu çıxış etdiyi 42 kiloqram çəki dərəcəsində bütün rəqiblərini yenərək qızıl medala sahiblənib.
Gənclər və idman naziri Fərid Qayıbovun imzaladığı diplom fəxri kürsünün ən yüksək pilləsində polis övladına təqdim edilib.

T.Əlizadə

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər