Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.06.2022

“Polis uşaqların dostudur!”

Bakı Şəhər Baş Polis və Nəsimi Rayon Polis idarələrinin birgə təşkilatçılığıyla 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bakı İstanbul Liseyində “Polis uşaqların dostudur!” mövzusunda ibtidai sinif şagirdləri ilə görüş keçirilib.

Tədbirdə Baş İdarənin YYÇPİTB-nin rəisi, polis polkovniki İbrahim İsmayılov, bölmənin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Nəsimi RPİ-nin aidiyyəti bölməsinin əməkdaşları, eləcə də məktəbin pedaqoji heyəti iştirak ediblər.

İbtidai sinif şagirdlərini bayram münasibətilə təbrik edən həmkarlarımız polisin balacaların ən yaxın dostu olduğunu, onların sülh və əmin-amanlıq içində, eyni zamanda xoş, firavan həyat yaşamaları üçün daima təhlükəsizliyin keşiyində dayandıqlarını bildiriblər. Görüşdə, həmçinin yetkinlik yaşına çatmayanlarla, çətin tərbiyə olunan uşaqlarla profilaktik işin aparılması barədə danışan Nəsimi RPİ-nin əməkdaşları yol-hərəkəti təhlükəsizliyi barədə də məlumat veriblər.

Həmkarlarımız gəncləri maraqlandıran sualları cavablandırıb, tövsiyələrini çatdırıblar.
Sonra uşaqların bayram sevinclərinə şərik olan paqondaşlarımız onları hədiyyələrlə sevindiriblər.
Uşaqlar bu gözəl gündə dəyərli vaxtlarını ayırıb onlarla görüşən əməkdaşlarımıza, eləcə də göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

T.Əlizadə

Geriyə Çap et


Faydalı keçidlər
Linklər