Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.05.2022

Tarix yazıb, tarixdə qalanlar

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış DİN-in Daxil Qoşunlarının hərbi qulluqçusu Asif Talıblının doğum günü ərəfəsində məzarını ziyarət ediblər.

Şəhidin məzarı önünə əklil və tər gül dəstələri qoyulub, əziz xatirəsini yad edilib, ruhuna dualar oxunub. Döyüş yoldaşları, ictimaiyyət nümayəndələri çıxış edərək Vətən uğrunda canlarından keçənlərin şanlı tariximizdə əbədi qalacaqlarını, onların ömür yolunun hər bir gəncə örnək olduğunu bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Asif Arif oğlu Talıblı ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər