Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.04.2022

Minnətdarlıq hissi ilə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Mikayıl Abbasov DİN-ə ünvanladığı təşəkkür məktubunda yazır: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin istifadəsində olan nəqliyyat vasitələrini bir müddət əvvəl dövlət texniki baxışından keçirmək məqsədi ilə Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə mərkəzinə təqdim etdik.

Müayinə mərkəzində yaradılmış müasir şəraitlə yanaşı, sürücülərə göstərilən həssaslıqdan çox razı qaldıq. Onu da xüsusi qeyd edək ki, nəqliyyat vasitələrini texniki baxışa gətirən digər vətəndaşlara da eyni səmimiyyətlə xidmət göstərilirdi. Nəqliyyat vasitələri müasir texnologiyaya cavab verən avadanlıqların köməyilə tam müayinə olunduqdan sonra texniki baxışdan keçirilmişdir.

Yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə Teleradio İB-nin rəhbərliyi və kollektivi adından Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk”.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər