Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.04.2022

Ali Məhkəmənin hakimi mühazirə deyib

DİN-in Polis Akademiyasında Ali Məhkəmənin hakimi, beynəlxalq ekspert Səyyad Kərimovun iştirakı ilə “İnzibati-prosessual hüquq” fənnindən “İnzibati iddia növləri və müvəqqəti xarakterli müdafiə tədbirləri” mövzusunda onlayn mühazirə keçirilib.

Birgə mühazirəni giriş nitqi ilə açan fənn müəllimi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Rafiq Nəcəfquluyev təhsilalanlara mövzu barədə ətraflı məlumat verib. Əsas və əlavə ədəbiyyat, Akademiyanın elektron kitabxana fonduna daxil olan milli, eləcə də xarici materialların yerləşdiyi internet resurslarından danışan məruzəçi hazırlanmış təqdimat materialları üzrə qanunvericiliyin tələblərini dinləyicilərin diqqətinə çatdırıb.

Onlayn mühazirədə hakim S.Kərimov inzibati məhkəmə icraatının iştirakçıları, onların inzibati-prosessual hüquqi statusu, üçüncü şəxslərin prosesə dəvət olunması, habelə inzibati iddialar və onlara aid şərtlər, iddianın hüquqi təbiəti, onun mümkünlük şərtləri barədəki təcrübəsini də kursantlarla bölüşüb.
Daha sonra təhsilalanları maraqlandıran suallar cavablandırılıb.

T.Əlizadə

Geriyə Çap et


Faydalı keçidlər
Linklər