Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.04.2022

Tarixə düşən polis övladı

Beynəlxalq arenalardakı qələbələri ilə bizlərə qürur hissi yaşadan polis övladı Rafiq Hüseynov Azərbaycan yunan-Roma güləşində rekorda imza atıb. 82 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız bu nailiyyəti Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında rəsmiləşdirib. O, böyüklər arasında klassik güləşdə 3 qat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. Hüseynov Dortmundda (2011), Romada (2020) və Budapeştdə (2022) qızıl medala yiyələnib.

R.Hüseynov həmçinin 2021-ci ildə Osloda dünya çempionu, Tokio Yay Olimpiya Oyunlarının isə bürünc mükafatçısı olub. Xatırladaq ki, o, respublikanın "Əməkdar məşqçi"si, DİN İdman Cəmiyyətinin baş inspektoru, polis polkovnik-leytenantı Radik Hüseynovun oğludur.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər