Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.03.2022

Tarixdən dərs alaq Düşmən uydurduğunu unutmur, biz yaşadıqlarımızı unutmayaq!

Bakı da daxil olmaqla Azərbaycanın bölgələrində törədilən erməni qətliamlarını ta müstəqilliyimizi əldə edənə kimi tarixən bizə unutdurmağa çalışdılar. Bizi “qardaşlıq köynəyi”ndən keçirib doğmalaşdırmaq üçün əllərindən gələni etdilər. “Hayastan”-Azərbaycan dostluğunu gözümüzə kül kimi üfürənlər tarixi Azərbaycan torpaqları niyə və kimlərin təkidi ilə günlərin birində “hayastan” oldu kimi haqlı suallara cavab tapa bilməyəndə bizi şovinist adıyla “trojka”ların “qırmızı terror”una qurban etdilər.
Unutqanlıq vərdiş halını alanda o bir xalqın, bir millətin faciəsinə çevrilır. Biz millət olaraq unutqan deyilik.

Qeyd edək ki, 1998-ci il 26 mart tarixində ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu fərmanla Mart soyqırımına siyasi qiymət verildi. Bununla da Mart soyqırımının ayrı-ayrı detalları tədqiqatçılar tərəfindən üzə çıxarılaraq, onun ölkəmizdə və bütün dünyada yayılmasına başlanıldı. Sözümüzü uzatmaqla onu urvatdan salmaq istəmirik. İstəyirik ki, Xocalıdan dərs götürüb başımıza gətirilənləri, qanımızı tökənləri unutmayaq, unutdurmayaq. Unutmayaq ki, 1905-1906, 1918-1920-ci illərdə on minlərlə soydaşımız Azərbaycanda, Naxçıvanda və qədim Azərbaycan torpağı olan indiki Ermənistanda, eləcə də Cənubi Azərbaycanda soyqırıma məruz qalmışdı.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər