Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.03.2022

Həmkarımız döyüşə hazırlaşır

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı İFL Qran-Pri turnirində döyüşəcək. Zığ Liman Xətt Polis Bölməsinin idman təlimatçısı, polis serjantı Fərid Əhmədov Beynəlxalq Döyüş Liqasının təşkil etdiyi yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçib və artıq ciddi hazırlıqlara başlayıb.
Bu barədə idmançı həmkarımız “Polis”ə özü məlumat verib.
O, bugünlərdə idman karyerasında növbəti çempion titulu qazanıb. Fevral ayında AFSO Döyüş Liqasının keçirdiyi sumbission grepling üzrə açıq birincilik çempionatında 74 kiloqram çəki dərəcəsində 5 rəqibini yarışdan kənarlaşdıraraq 1-ci yeri tutub. Peşəkar döyüşlərdə isə 2-ci yerlə kifayətlənib.
Fərid Əhmədov buna qədər də beynəlxalq və respublika əhəmiyyətli yarışlarda uğurla çıxış edərək adını qaliblər sırasına yazdırıb. 2018-ci ildə polislər arasında sambo güləş versiyasında gümüş, Macarıstanda ful kontakt döyüş növündə bürünc medal qazanıb, Bakıda Avrasiya, Rumıniyada Avropa çempionu, bir il sonra isə İspaniyada dünya 2-cisi olub. O, karate Do-dan 1 -ci dan qara kəmər sahibidir. Həmkarımız eləcə də üç peşəkar döyüşün kəmərini əldə edib.

Rəşad Mehtiyev,
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər