Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.03.2022

Veteranlar da güclərini sınadılar

Bugünlərdə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə usta cüdoçular arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda 120-ə yaxın cüdoçu qüvvəsini sınayıb. Usta cüdoçular çempionatda 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində mübarizə aparıblar.

Yarışda DİN İdman Cəmiyyətinin veteran cüdoçuları da fərqləniblər. Belə ki, polis veteranı, DİN idman Cəmiyyətinin baş məşqçi-müəllimi Zakir Kərimov 90, polis veteranı Hafiz Hacıyev isə 100+ kiloqram çəki dərəcələrində birinci yeri tutublar. Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Azər Fətullayev də 81 kiloqram çəkidə qələbə qazanıb.

DİN İdman Cəmiyyətinin daha iki təmsilçisi Emil Qurbanov 73 kiloqramda birinci, Zabil Hümbətov 100 kiloqramda ikinci yeri tutmaqla ustalıqlarını bir daha nümayiş etdiriblər.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli yığma komandasına cəlb olunması ilə yanaşı, sağlam həyat tərzinin təbliği, eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etmək olub.

Ruslan Vəliyev,
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər