Logotype

1933-cü ildən çıxır

Xəbərlər

08.03.2022

Zəriflərin bayramı

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Səbail Rayon Polis İdarəsinin xanım əməkdaşları ilə görüş keçirilib.
İdarə rəisi, polis polkovniki Hikmət Qasımov xanım həmkarları əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətinə toxunaraq, xanımların ölkə həyatının başqa sahələrində olduğu kimi, daxili işlər orqanlarında da aparıcı mövqe tutduqlarını, cinayətkarlığa qarşı mübarizədə və ictimai sabitliyin qorunmasında ümumi işə böyük töhfə verdiklərini qeyd edib. O, qadın əməkdaşların cinayətkarlıqla mübarizədəki fədakar əməyinə DİN rəhbərliyi tərəfindən hər zaman qiymət verildiyini və onlara daim qayğı ilə yanaşıldığını xüsusilə vurğulayıb. İdarə rəisi bu əlamətdar gün münasibəti ilə cənab nazirin təbrikini də onların diqqətinə çatdırıb.

İdarənin əməliyyat üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadə, xidmət üzrə rəis müavini, polis polkovniki Elman Parlamov və şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki Mərdan Məmmədov da rayon ərazisində sabitliyin qorunmasında yaxından iştirak edən qadın əməkdaşlara səmimi arzularını bildirib, xidmətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, tariximizin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, yenilməzlik nümunəsi olan qadınlar onlara həvalə olunan vəzifələri layiqincə yerinə yetiriblər.
Sonda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə idarənin xanım əməkdaşlarına hədiyyələr və çiçək dəstələri təqdim olunub.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər