Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.03.2022

Ən sərrast nişançılar müəyyənləşib

Fevralın 23-dən 25-dək DİN-in İdman Cəmiyyətində daxili işlər orqanlarının hissə və bölmələri arasında atıcılıq üzrə çempionat keçirilib. Yarışın məqsədi şəxsi heyətin atəş və peşə hazırlığının, eləcə də silahdan istifadə etmə bacarığının daha da təkmilləşdirilməsidir.

Turnirdə qadınlar daxil olmaqla 11 komandada ümumilikdə 93 əməkdaş mübarizə aparıb. Komandalar 15 və 25 metr məsafəyə tapança, eləcə də avtomat silahdan atəş açmaqla normativləri üç mərhələdə yerinə yetirib. Yarışa ilk dəfə qoşulan Abşeron Rayon Polis İdarəsinin komandası hər üç mərhələdə uğurla çıxış edib. PPXB-nin komandir müavini, polis leytenantı Elmar Kərimovdan, Saray PB-nin YYÇİTB-nin inspektoru, polis baş leytenantı Gülnar Həsənovadan, manqa komandiri, baş serjant Aslan Rəhimovdan, polis nəfərləri, serjantlar Əsəd Əsədovdan, Mehti Daşdəmirlidən və kiçik serjant Ruslan Cəfərzadədən ibarət komanda ümumilikdə 505,3 xal toplayıb. Komandir müavini E.Kərimov avtomat silahdan atəşaçmada aktivinə 48,8 bal yazdırıb ki, bununla da Abşeron RPİ-nin komandası avtomat atəşi üzrə I yerə layiq görülüb.

Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandası da yarışda yüksək nəticə göstərib. Belə ki, təlim üzrə inspektor, polis mayoru Kənan Yusifovun rəhbərlik etdiyi komandada polis serjantı Samir Əsgərov tapançadan 25 metrəyə dizüstə, ayaqüstə verilən vaxt müddətində hədəfə sərrast atəş açaraq rəqiblərini geridə qoyub. O, 6-cı tapşırıq III hərəkət üzrə I yerə layiq görülüb. Polis serjantı Zaur Məmmədquluzadə də həmkarının uğurunu təkrarlayıb. O, 100 metr məsafəyə avtomatdan sərrast atəş açmaqla digər nişançıları qabaqlayaraq I yeri tutub.
Qaliblər medal, diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər