Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.01.2022

“Ən yaxşı monoqrafiya”

Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illiyinə həsr olunan beynəlxalq elmi müsabiqədə Polis Akademiyasının müəlliminin elmi əsəri fərqlənib.

Müsabiqədə Azərbaycan DİN Polis Akademiyasını “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Şahin Şükürov təmsil edib. Onun müəllifi olduğu “Cinayətlərin ayrı-ayrı növləri ilə mübarizədə nəzəri və hüquqi əsaslar” monoqrafiyası “Ən yaxşı monoqrafiya” nominasiyasında 2-ci dərəcəli Diploma layiq görülüb.

Qazaxıstan DİN-in B.Beysenov adına Karaqanda Akademiyasının rəisi, polis general-mayoru A.Darmenov Azərbaycan DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanova ünvanladığı məktubda beynəlxalq elmi müsabiqədə Akademiyanın iştirakına görə dərin minnətdarlığını bildirib, bu cür elmi müsabiqələrin təhsil müəssisələri arasındakı əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli olduğunu qeyd edib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər