Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.12.2021

Qızıla bərabər gümüş... Həmkarımız bir yarışdan iki medalla qayıdıb

DİN BMİ-nin Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin mühafizəsi üzrə mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Roman Əhmədov bugünlərdə Moskvada keçirilən pauerliftinq üzrə dünya çempionatında illərlə çəkdiyi əziyyətin, gərgin məşqlərinin sevincini yaşayıb.

O, sözügedən çempionatda 82,5 çəki dərəcəsində (open) versiyasında dünyanın ən güclü 17 atleti ilə gücünü sınayıb. İki hərəkətin cəmində 260 kiloqram ştanqı yerdən qurşağa qədər, sinədən isə 130 kiloqram qaldıraraq, toplamda 390 kiloqram nəticə göstərməklə, aktivinə iki gümüş medal yazdırıb. Bu nəticə ilə də dünya 2-cisi olub.


Qeyd edək ki, həmkarımız 2018 və 2019-cu illərdə NAP üzrə Soçidə - Avropa, 2019-cu ildə isə WPC üzrə Finlandiyada dünya çempionu adını qazanıb.
“Polis”in suallarını cavablandıran Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin mühafizəsi üzrə mühafizə şöbəsinin rəhbərliyi onun idmanda olduğu kimi xidmətdə də özünü doğrultduğunu qeyd edib. Şöbənin rəis müavini, polis mayoru Nicat Məmmədzadə, bölük komandiri, polis baş leytenantı Vüsal Piriyev məsuliyyəti və təvəzökarlığı ilə gənclərə örnək olan R.Əhmədovun bu uğurunun sağlam kollektivin və əməkdaşların fiziki hazırlığa, idmana verdikləri önəmin bariz nümunəsi olduğunu vurğulayıblar.

R.Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər