Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.12.2021

Bürünc uğur Əməkdaşımız ölkəmizi Dünya Kuboku uğrunda keçirilən yarışda təmsil edib

Bugünlərdə Rusiyanın Nijnevartovsk şəhərində boksçulardan ibarət milli komandalar arasında Neft Ölkələrinin Dünya Kuboku uğrunda yarış keçirilib. Mundialda DİN-in əməkdaşı da gücünü sınayıb.
Millimizin heyətində Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, polis serjantı Eldar Quliyev çıxış edib. Rinqə 86 kiloqram çəki dərəcəsində çıxan dəri əlcəkli həmkarımız ilk mərhələdə Tacikistanın Asiya Oyunlarının çempionu olmuş boksçusunu məğlub edib. Digər mərhələdə rusiyalı idmançını yarışdan uzaqlaşdıran E.Quliyev yarımfinala qədər yüksəlib. Bundan sonrakı görüşdə isə məğlub olub və bürünc medal qazanıb.
DİN-in əməkdaşı diplom, medal və kubokla təltif edilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər