Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.12.2021

Uşaqların gözü ilə... Məktəblilər yol hərəkəti qaydalarını kətana köçürüblər

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi başa çatıb.
Müsabiqə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, bu istiqamətdə ictimai həmrəyliyə nail olmaq məqsədilə keçirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən müsabiqəyə respublikanın 43 şəhər və rayonundan 335 rəsm əsəri təqdim edilib. Rəsmlər tam şəffaf şəkildə mütəxəssislər tərəfindən qiymətləndirilib və birinci yeri Sumqayıt şəhər 1 nömrəli UGİM-in dərnək üzvü Nərgiz Qasımova qazanıb. Hazırda respublikanın digər regionlarında müsabiqədə ikinci və üçüncü yerləri tutan qaliblərin və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçirilir. Tezliklə həmin tədbirlər barədə daha ətraflı məlumat paylaşılacaq.

Müsabiqəyə qatılaraq fərqlənən məktəblilər DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tərəfindən təşəkkürnamə ilə təltif olunub, eləcə də tədbirin keçirilməsində fəallıq göstərmiş qurum rəhbərləri və müəllimlər mükafatlandırılıblar.
Şəhər və Rayon Polis şöbələrinin əməkdaşları müsabiqədə fərqlənən məktəblilərlə görüşərək, onları təbrik edib, təhsillərində uğurlar arzulayıb, mükafatlarını təqdim ediblər.
Görüşlər zamanı uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında biliklərinin artırılmasında belə tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib, müsabiqənin təşkilatçılarına minnətdarlıq ifadə olunub.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər