Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.12.2021

Maarifləndirmə mübarizəmizin kəsərini artırır

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat–axtarış tədbirləri keçirən polis, eyni zamanda profilaktik tədbirlərlə narkomaniya əlehinə yeni cəbhə açıb. Vətəndaşların bizimlə eyni cəbhədə yer alması isə mübarizəmizin kəsərini daha da artırır.
Ötən həftə narkomaniya ilə mübarizə çərçivəsində orta məktəblərdə davam etdirilən maarifləndirici tədbirlər də sağlam gəncliyin və gələcəyin qorunmasına xidmət edib.
Paytaxtın Nizami rayonunda Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 32 nömrəli tam orta məktəbdə keçirilən “Sağlam gələcəyimiz naminə narkomaniyaya yox deyirik!” adlı tədbirdə yuxarı sinif şagirdləri, müəllim və valideynlər iştirak edib.
Tədbirdə Nizami RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyev çıxış edərək narkotik vasitələrin qanunsuz döriyyəsinə qarşı aparılan mübarizədən, rayon ərazisində keçirilən anti-narkotik tədbirlərindən və sağlam gəncliyin qorunmasının önəmindən bəhs edib.
Bakı şəhər BPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, polis idarəsinin Veteranlar Şurasının sədri Firdovsi Bayramov və 25-ci Polis Şöbəsinin inspektoru, polis kapitanı Günel Mirzəyeva da mövzu ətrafında izahedici söhbətlər apararaq, tədbir iştirakçılarına cinayətkarlığın artmasına təkan verən narkomaniya barədə ətraflı məlumat veriblər.
Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 223 nömrəli orta məktəbdə də eyni mövzuda tədbir keçirilib.
Tədbirdə Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin bölmə rəisi, polis mayoru Namiq Abdullayev, bölmənin baş inspektoru Ramin Hacıyev və Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Anar Şıxəliyev şagirdlərə narkotik bəlasına düçar olmamaları üçün tövsiyələr verib, sualları cavablandırıblar.
Bərdədə narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri 5 saylı tam orta məktəbdə keçirilib.
Tədbirdə çıxış edən Bərdə RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev əvvəlcə narkotik vasitələrin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıb. Narkomaniyaya qurşananların bu bəladan uzaqlaşmaqda çətinlik çəkdiyi, bir çox insanın yaşadığı acı sonluq diqqətə çatdırılıb. Şagirdlərin gələcəkdə mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri istiqamətində tövsiyələr verilib.
Ağcabədidə isə polislər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında tələbələrlə görüşüb narkomaniyanın zərərlərindən danışıblar.
Tədbirdə çıxış edən Ağcabədi RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov tələbələrə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar verərək, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eyni zamanda rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri tələbələrin diqqətinə çatdırılıb.
Kürdəmirin və Daşkəsənin 1 saylı tam orta məktəblərində, eləcə də Samuxun bir neçə orta məktəbində analoji mövzuda silsilə tədbirlər keçirilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər