Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.11.2021

DİN blogerləri mükafatlandırdı

Daxili İşlər Nazirliyi anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə cari il iyulun 15-də blogerlər arasında müsabiqə elan etmişdi. Müsabiqənin mövzuları və keçirilmə qaydaları, eləcə də qiymətləndirmə meyarları barədə məlumat DİN-in sosial şəbəkələrdəki səhifələrində paylaşılmışdı.
Müsabiqədə iştirak edən 22 bloger tərəfindən təqdim olunan materiallara münsiflər heyəti tərəfindən baxış keçirilmiş, onlardan 7 material seçilmişdir. Müsabiqəyə oktyabrın 15-də yekun vurulmuşdur.

Noyabrın 27-də isə Daxili İşlər Nazirliyində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
DİN Mətbuat Xidmətinin rəisi, polis polkov-niki Ehsan Zahidov narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında daxili işlər orqanlarının qətiyyətli mübarizəsi və bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri barədə qısa məlumat verib. O, sərhəd tanımayan, bəşəriyyəti məhvə sürükləyən bəlanın qarşısını kəsmək, xüsusən də gələcəyi və gəncliyi qorumaq naminə birgə səylərin tələb olunduğunu, sözdən əmələ keçməyin vacibliyini çəkdikləri videomateriallarla cəmiyyətə çağırış etdiklərinə, eləcə də göstərdikləri dəstəyə görə müsabiqə iştirakçılarına təşəkkürünü bildirib.

Daha sonra qalib gələn iştirakçılara mükafatlar təqdim edilib. Belə ki, münsiflər heyətinin rəyinə, o cümlədən paylaşılan həmin materialların sosial şəbəkələrdəki baxış sayına və mövzunu tam əhatə etməsinə görə rep nominasiyası üzrə Elvin Nəsirovun hazırladığı material 1-ci, Rəsul Abbasovun hazırladığı material isə 2-ci yerə layiq görülüb.
Video nominasiyasında Hüseyn Baxışov 1-ci olub. Elvin İbrahimzadə 2-ci, Munis Əhmədov, Rumiyə Ağayeva və Şahid İsmayılov hazırladıqları videomateriallara görə 3-cü yerin sahibi olublar.

Bu istiqamətdə maarifləndirmə işlərinə cəlb olunmalarının gözəl təşəbbüs olduğunu diqqətə çatdıran blogerlər ölkə və DİN rəhbərliyinə təşəkkür edib, bundan sonra da sağlam gəncliyin formalaşmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər