Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.11.2021

Kursantların təlimi Əməliyyat-taktiki təlimdə kursantların bacarığı yoxlanılıb

DİN-in Polis Akademiyasında təşkil edilən Əməliyyat-taktiki simulyasiya təlimlərində V kurs kursantları öz bilik və bacarıqlarını yoxlayıblar. Noyabrın 18-də başlayan təlim 3 gün davam edib.
Müxtəlif cinayət faktları üzrə modelləşdirilmiş vəziyyətlərdə kursant və dinləyicilərin ixtisas fənləri üzrə əldə etdikləri bilikləri möhkəmləndirmək, peşə vərdişi və bacarıqlarının formalaşdırılması məqsədilə keçirilən təlimdə naməlum şəraitdə baş verən cinayətlər üzrə ilkin yoxlama tədbirləri, cinayət işinin başlanması, istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi sahəsində kursantların bacarıqları yoxlanılıb.
Prosesin səmərəliliyi məqsədilə Tədris-metodiki şöbə, “DİO-nun ƏAF”, “Kriminalistika”, “Cinayət prosesi”, “Cinayət hüququ” və “DİO-nun inzibati fəaliyyət” kafedralarının əməkdaşlarından ibarət qərərgah yaradılıb.

Təlim əsasən kriminalistik təlim meydançasında, Akademiya ərazisində, RPİ-nin yerləşdiyi otaqlarda keçirilib. Şərti olaraq RPİ-nin rəhbərliyi şəxsi heyətə tapşırıqlar verərək icrasınının yoxlanılması, cinayət-axtarış və istintaq aparatlarının rəislərinin, müstəntiq və əməliyyat müvəkkillərinin cinayətlə əlaqədar həyata keçirdikləri tədbirlər və onların nəticələrinin rəsmiləşdirilməsi vəziyyətini yoxlayıb. Təlimin sonunda bütün nəticələr təhlil olunub, oyun
qrupları tərəfindən təqdim olunan cinayət və əməliyyat-axtarış işlərinin materialları yoxlanılaraq qiymətləndirilib.
Akademiyada bu növ təlimlərin mütəmadi keçirilməsi ilə müasir təlim-tədris metodlarının tətbiqi nəzərdə tutulur.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər