Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.11.2021

Etimadı belə doğruldurlar... Polis Akademiyasının zəka sahibləri ümumrespublika bilik yarışında ikinci oldular

Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda VII ümumrespublika bilik yarışı keçirilib.
Müsabiqədə Polis Akademiyasının IV-V kursun kursantları - Rəhman Cahangirov, İlkin Ələkbərov, Rüstəm Mejdunov, Elşad Babayev, Süleyman Süleymanov və Muhammed Nəsiblidən ibarət komanda da daxil olmaqla 48 ali təhsil ocağının nümayəndələri mübarizə aparıb.
2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellekt vərdişlərinin inkişafı məqsədi daşıyır. Builki viktorina, eyni zamanda, Vətən müharibəsinə, o cümlədən şanlı Zəfər tarixinə həsr olunub.

“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin dəstəyi ilə baş tutan bilik yarışında komandalar əvvəlcədən onlara təqdim olunan mövzular ətrafında hər turda 12 sual olmaqla üç mərhələdə yarışıblar. Ümummilli liderin irsini, həyat və fəaliyyətini, habelə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan şanlı qələbəni əhatəliyən sualları daha tez və dolğun cavablandıran üç komanda bilik yarışının qalibi elan olunub. Münsiflər heyəti tərəfindən ümumi qiymətləndirmənin nəticələrinə görə Polis Akademiyasının zəka sahibləri II yeri tutub.

Təşkilatçılar qalibləri mükafatlandırıb və onlara iştirakçı sertifikatı təqdim ediblər.
Bilik yarışında II yerə layiq görülmələri münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov komandamızın üzvlərini, eyni zamanda müsabiqəyə hazırlıq prosesini həyata keçirən professor-müəllim heyətini mükafatlandırıb.
Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovun müvafiq əmri ilə kursantlar - Rüstəm Mejdunova və Elşad Babayevə isə polis kiçik serjantı xüsusi rütbəsi verilib.
Komanda üzvləri onlara göstərilən diqqət və qayğıya, verilən yüksək qiymətə görə DİN, eləcə də Akademiyanın rəhbərliyinə minnətdarlıqlarını bildirib, gələcəkdə də uğurlu fəaliyyətləri ilə etimadı doğruldacaqlarını əminliklə ifadə ediblər.
Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər