Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.11.2021

Gorus-qafan yolunda polis postu

İşğaldan azad olunmuş ərazilərdə daxili işlər orqanlarının əməkdaşları ayıq-sayıq xidmət aparırlar. Təhlükəsizliyin təmini, sabitliyin və asayişin qorunması üçün bütün çətinliklərə sinə gərən həmkarlarımızı tarixi torpaqlarımızda görəv başında görməyin qüruru sözlə ifadə olunmaz. Düzdür, düşmən və onun havadarları sərhədlərin yenidən müəyyənləşdirilməsi adı altında öz arzularını gerçəkləşdirmək istəyirlər. Ancaq bu elə onların arzusu olaraq qalacaq. Çünki tarixi ədaləti bərpa edən Azərbaycan dövləti və Azərbaycan xalqı 44 günlük savaşda qazandığı Zəfərlə XX əsrdəki bütün məğlubiyyətlərinin üstündən xətt çəkdi.

Budur, Azərbaycan Polisi Gorus-Qafan yolunda xidmət aparır. Postumuzda üçrəngli bayrağımız dalğalanır. Düşmənin qorxulu yuxusu çin olub. Biz tarixi torpaqlarımıza və hədəflərimizə addımbaaddım yaxınlaşırıq.
“Qarabağ Azərbaycandır!” şüarı düşmənin canına elə bir qorxu salıb ki, o, bu torpaqlarda çox qala bilməyəciyini yaxşı bilir. Müqavimət göstərsə belə oxun yaydan çıxdığının fərqindədir.

T.Hafiz

Geriyə Çap et


Faydalı keçidlər
Linklər