Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.10.2021

Polis Akademiyasında tarixi görüş

Bugünlərdə Polis Akademiyasının kursantları ilə DİN Daxili Qoşunların polkovniki, Vətən müharibəsi qazisi və Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibovun görüşü keçirilib.
Tədbir ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tədbiri açıq elan edən Polis Akademiyasının rəis müavini, polis polkovniki İlyas İsayev II Qarabağ müharibəsində müzəffər ordumuzun, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının qəhrəmanlığından bəhs edib.
Qarabağ uğrunda Vətən müharibəsində hərbçilərimizin göstərdiyi şücaət və rəşadətdən söz açan Vətən müharibəsi qazisi Zəfər Yusibov da tarixi anları kursantlarla bölüşüb.

O, çıxışında Vətən müharibəsi dövründə xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsinin qazanılan zəfərdə mühüm rol oynadığını qeyd edərək, qanımız-canımız bahasına qazandığımız qələbənin son bir neçə yüzillikdəki tariximizə öz möhürünü vurduğunu diqqətə çatdırıb. Qarabağın azadlığı üçün mərd oğulların düşmənin mövqelərinə doğru qarlı, dumanlı, göz-gözü görməyən havalarda belə misli görünməmiş igidliklə vuruşduqlarını kursantlara danışan hərbi qulluqçumuz, üçrəngli bayrağımızın bundan sonra işğaldan azad olunmuş ərazilərdə əbədi dalğalanacağına əminliyini ifadə edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər