Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

19.10.2021

Dünya təcrübəsini bölüşürük Əməkdaşlarımız “TOPCOP” layihəsi çərçivəsində seminarda iştirak ediblər

Xarici dövlətlərin hüquq mühafizə orqanları və müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılması transmilli cinayətkarlıqla mübarizəyə, eləcə də sabitliyin qorunub saxlanılmasına töhfə verir. Azərbaycan Daxili İşlər Nazirliyi bu baxımdan əməkdaşlığın genişləndirilməsini, nəzəri-praktiki təcrübə mübadiləsinin aparılmasını hər zaman diqqət mərkəzində saxlayır.


Beynəlxalq tədbirlərdə, elmi-praktiki konfranslarda iştirak edən əməkdaşlarımız müasir dünya təcrübəsini öyrənməklə yanaşı, müvafiq sahələr üzrə sahib olduqları təcrübəni tərəfdaşlarına çatdırırlar. Bu münasibətlər ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı təhlüksəzliyin təmin edilməsində işbirliyi imkanlarını da artırır ki, ötən dövrlərdə bunun şahidi olmuşuq.


Təcrübə mübadiləsi xarakteri daşıyan növbəti tədbir oktyabrın 19-21 tarixlərində Budapeşt şəhərində keçirilib. Hüquq mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyi tərəfindən (CEPOL) icra edilən “TOPCOP” layihəsi çərçivəsində “Avropa İttifaqının cinayətkarlıq təhdidlərinə qarşı dövri metodologiya sənədi” adlı seminarda DİN Polis Akademiyasının, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.


M.Rəşad

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər