Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.10.2021

Şəhid övladlarının arzusu...

Bugünlərdə “Aqrar inkişaf könüllüləri” təşkilatı maraqlı aksiya keçirib. Könüllülər elan etdikləri layihə çərçivəsində şəhid övladlarının arzularını soruşublar. İki uşaq böyüyəndə polis olmaq istədiklərini bildirib, öz qeydlərini təşkilatın simvolik “Xəyal Qutusu”na atıblar.
Uşaqların istəkləri Bakı Şəhər Baş Polis İdarəsinə çatdırılanda, əməkdaşlarımız gələcək həmkarlarımızı - Kamran Niftəliyev və Musalı Dəryanı İdarəyə dəvət edib, onlara arzularının çin olmasına indidən yardımçı olmağa çalışıblar. İctimai Təhlükəsizlik İdarəsininin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İş Bölməsinin əməkdaşları şəhid övladlarına yiyələnmək istədikləri polis peşəsi barədə ətraflı məlumat verərək, xidməti otaqlardakı iş prosesi ilə tanış ediblər. Azyaşlılar polis idarəsində maraqlı gün keçiriblər.
Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovniki İbrahim İsmayılov qəzetimizə bildirib ki, Vətən müharibəsində şəhid olan hərbçilərin ailə üzvləri, övladları bizə əmanətdir. Onlara mənəvi dəstək olmaq, qayğılarını bölüşmək, arzularının gerçəkləşməsinə yardımçı olmaq əmanətə sahib çıxmaqla yanaşı, həm də şəhid ruhuna ehtiramın təzahürüdür. Biz də uşaqları Baş İdarəyə dəvət etməklə, onların arzularına “işıq tutmağa” çalışdıq.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər