Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.10.2021

Qan ver, həyat qurtar!

Anım Günü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində növbəti qanvermə aksiyası Xəzər Rayon Polis İdarəsində baş tutub.
Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin təşkilatçılığı ilə keçirilən aksiyada İdarənin rəhbərliyi olmaqla 30 əməkdaş iştirak edib.

Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib. Onların təzyiqləri ölçülüb, qanda hemoqlobinin miqdarı müəyyənləşdirildikdən sonra sağlıq durumu imkan verənlərin aksiyada iştirak etmələrinə icazə verilib. Könüllülük prinsipi əsasında keçirilən qanvermədə ümumilikdə 9 litr qan tədarük edilib. Yeri gəlmişkən, RPİ-də xidmətə yeni başlayan Vətən müharibəsi qazisi, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, PPXB-nin polis nəfəri, polis sıravisi Şirxan Qaravəliyev aksiyada könüllü iştirak etmək istəsə də sağlıq durumu imkan verməyib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarının tələbləri nəzərə alınmaqla keçirilib.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər