Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.10.2021

Ağ xalatlı xilaskarlar Yazırlar: "Biz canımızı da, sağlamlığımızı da onlara əmanət edirik"...

Bu gün ölkəmizdə müasir standartlara cavab verən hospitallar arasında DİN-in A.Heydərov adına Respublika Hospitalının adı ilk sırada çəkilir. Zəngin maddi-texniki bazaya və peşəkar tibbi personala malik bu tibb ocağında daxili işlər orqanları əməkdaşları, onların ailə üzvləri, veteranlarla yanaşı digər vətəndaşlar da müalicə alıb sağlıqlarına qovuşurlar. Göstərilən xidmət məmnunluqla müşahidə olunur.
Bu barədə DİN-in Facebook səhifəsinə jurnalist Valeh Mirzə yazır: “Jurnalist həmkarım Bahar Məmmədovanın səhhətində yaranan ağır problemlərin çarəsini məhz A.Heydərov adına Respublika Hospitalının peşəkar həkimləri tərəfindən tapılacağına inanırdım. Buna görə də DİN rəhbərliyinə müraciət etdim. Müraciətimə dərhal baxıldı və həmkarımızın Nazirliyin Tibb İdarəsinin hospitalında müayinə və müalicəsinə başlanıldı. Hospitalın peşəkar tibb personalının böyük səyi sayəsində onun sağlamlığı bərpa olundu. Bütün bunlar DİN rəhbərliyinin diqqət və qayğısının təzahürüdür. Vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığına görə sonsuz təşəkkürümü bildirirəm”.
“Polis veteranıyam. Bir qərinəyə yaxın müddətdə daxili işlər orqanlarında xidmət etmişəm və bununla qürur duyuram. İllər öncə 1992-ci ildə xidmətdə olarkən cinayətkarı zərərsizləşdirən zaman güllə yarası aldım. Bu gün də həmin gülləni bədənimdə gəzdirirəm. Səhhətimdə isə bir problem yaranan kimi DİN-in A.Heydərov adına Respublika Hospitalına müraciət edirəm. Peşəkar tibb personalı tərəfindən mənə göstərilən xidmətdən çox razıyam. Son illərdə daha da təkmilləşən hospitalımızda tibbi xidmət müasir səviyyədə təşkil olunub. Bu sağlamlıq ocağının təcrübəli və qayğıkeş tibb ailəsi hər birimizin köməyinə çatır, şəfqətini əsirgəmir. Burada veteranların, polis əməkdaşlarının, onların ailə üzvlərinin, əlillərin sağlamlığının qorunması ölkə və DİN rəhbərliyinin diqqət və qayğısının parlaq təzahürüdür. Bu dəfə də səhhətimlə bağlı bağlı bura müraciət etdim. Müayinədən sonra Cərrahiyyə şöbəsində palataya yerləşdirildim. Şöbənin rəisi, tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah Vüsal Eminov məni bir daha xüsusi müayinə etdikdən sonra əməliyyata aldı. Əməliyyat uğurla kecdi. Sağlamlığıma qovuşmağımda əməyi keçən hər kəsə, Hospitalın rəisi, polis polkovniki İsbi Babaxanov başda olmaqla bütün tibbi personala minnətdarlığımı bildirirəm”. Bu sözlər Bakı şəhər sakini, polis veteranı Malik Tarıverdiyevin DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubundandır.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər