Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.09.2021

Yaşatmaq üçün qan verdilər

Vətən Müharibəsində şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə paytaxtda və yerlərdə silsilə tədbirlər keçirilir.
Ötən günlər ərzində həmkarlarımız yeni tədris ilinin başlanması ilə bağlı onların ailələrinə baş çəkib, şagird övladlarını dərs ləvazimatı, çanta, eləcə də məktəbli forması ilə təmin ediblər.
Daha bir tədbir Nəsimi Rayon Polis İdarəsində baş tutub. Belə ki, sentyabrın 28-də Milli Hematologiya və Transfiziologiya Mərkəzi - Qan Bankı bölməsinin təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında İdarənin 58 əməkdaşı iştirak edib.

Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib. Onların təzyiqləri ölçülüb, qan qrupları müəyyənləşdirildikdən sonra sağlıq durumu imkan verənlərin aksiyada iştirak etmələrinə icazə verilib. Ümumilikdə 17,4 litr qan tədarük edilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarının tələbləri nəzərə alınmaqla keçirilib.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər