Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.09.2021

Onlar bizə yadigardır

Yeni tədris ilinin başlanması münasibətilə Zaqatala, Ucar və Siyəzən Rayon Polis şöbələrinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ailələrini ziyarət ediblər.
Görüşlərdə şəhidlərimiz rəhmət və ehtiramla anılıb, onların əziz xatirəsinin xalqımız tərəfindən daima əziz tutulduğu qeyd olunub. Şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin, hər cür qayğı ilə əhatə olunmasının ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.
Gələcəyimiz olan uşaqlara məktəbli forması, çanta və gündəlik dərs ləvazimatları hədiyyə edən asayiş keşikçiləri onlara təhsildə uğurlar arzulayıblar.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər