Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.09.2021

“Polis” onların qonağı oldu

Bugünlərdə “Polis” qəzetinin əməkdaşları təqaüddə olan polis general-mayoru Kamil Məmmədovun və Azərbaycanın Əməkdar jurnalisti Nadejda İsmayılovanın qonağı olublar.
Nadejda İsmayılova müstəqilliyimizin ilk illərində və ondan sonrakı dövrdə də Azərbaycan Polisinin, sözün əsl mənasında, dövlətçiliyimizin dayaqlarından birinə çevrildiyini vurğulayıb, ön cəbhədə düşmənlə, arxa cəbhədə isə cinayətkarlıqla qətiyyətli mübarizəsini diqqətə çatdırıb.

Qeyd edib ki, 1-ci Qarabağ müharibəsində xalqımızın soyqırıma, torpaqlarımızın erməni təcavüzünə məruz qaldığı o günlərdə informasiya blokadasını yararaq baş verənləri dünya ictimaiyyətinə çatdırmaq üçün jurnalistlər cəbhə bölgəsində idilər. Məhz o çətin günlərdə onların təhlükəsizliyinin təmin edilməsində polisin danılmaz rolu olub.
Əməkdar jurnalist insan hüquq və azadlıqlarının qorunmasında polisin roluna xüsusi diqqət çəkib: “Bu gün Azərbaycan dünyanın multikultural dəyərlərə hörmətlə yanaşan ən tolerant ölkəsidir.Yaradılan sabitliyə və əmin amanlığa görə biz hüquq mühafizə orqanlarına, xüsusilə də Azərbaycan Polisinə borcluyuq. Sabitlik bizim sərvətimizdir. Onu qorumaq hər birimizin borcudur və bu işdə biz vətəndaşlar da polisə yaxından kömək etməliyik”.

DİN-ə ünvanladığı təşəkkür məktubunun qəzetdə öz əksini tapdığına görə də bir qələm adamı kimi o, məmnunluğunu bildirib.
“Bu gün “Polis” qəzetində respublikanın aparıcı mətbu orqanları ilə ilk sıradadır və geniş oxucu rəğbətini qazanıb. Qəzetdə daxili işlər orqanlarının əməkdaşlarının keçirdikləri uğurlu əməliyyatlarla yanaşı, ölkə gündəmi, möhtərəm prezidentimizin uğurlu siyasəti ilə bağlı informasiyalar, publisistik məqalələr yer alır. Həmçinin xidmətdə fərqlənən əməkdaşlar haqqında ümumi yazılar və digər rəngarəng mövzular da oxunaqlığı ilə seçilir”, - deyən polis general-mayoru K.Məmmədov qəzetin əməkdaşlarına çətin və məsuliyyətli fəaliyyətlərində uğur arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər