Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.09.2021

Unudulmayan tarix

Nuru paşanın komandanlığı ilə Qafqaz-İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü ilə əlaqədar sentyabrın 15-də bir qrup polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları Şəhidlər xiyabanındakı “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.

Polis əməkdaşları və hərbi qulluqçular Bakının işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhid türk əsgərlərini ehtiramla yad edib, onların xatirələrinə ucaldılmış abidənin önünə tər çiçək dəstələri düzüblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər