Logotype

1933-cü ildən çıxır

Xəbərlər

02.09.2021

Narkomaniya ilə mübarizədə ümumvətəndaş hərəkatı Polis-vətəndaş həmrəyliyi gəncliyi qorumağa yönəlib

Bu gün cinayətkarlığa, xüsusən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə ümumvətəndaş hərəkatına çevrilib desək yanılmarıq. Narkomaniyanın gələcəkdə dövlətin və xalqın inkişafını əngəlləyən maneəyə çevrilməsini önləmək üçün gecəli-gündüzlü xidmət aparan polisin həyata keçirdiyi əməliyyat tədbirlərinə dəstək olaraq vətəndaşların DİN-nin, eləcə də Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələrində minnətdarlıq hissləri ifadə etmələri, həm də “ağ ölüm” alverçilərini ifşa etməkdə əsl vətəndaş mövqeyi sərgiləmələri bunu deməyə əsas verir.
Azərbaycanın ikinci sənaye şəhəri sayılan Sumqayıtda da XXI əsrin bəlası olan “ağ ölüm”ün gənclər arasında geniş yayılmasının qarşısının alınmasında polis və vətəndaş həmrəyliyi keçirilən tədbirlərin bariz nümunəsidir.

Sumqayıt Şəhər Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Rauf Babaşovun sözlərinə görə, vətəndaş-polis həmrəyliyi narkomaniya ilə mübarizədə əhəmiyyətli dərəcədə rol oynayıb. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə avqust ayının 1-dən 28-dək 38 fakt üzrə 38 nəfər saxlanılıb. Onlardan 934.984 qram heroin, 4 kiloqram 610.22 qram marixuana, 227.314 qram psixotrop maddə metamfetamin, eləcə də 8 kiloqram çəkidə 11 ədəd kannabis kolu aşkar edilərək götürülüb. Ümumilikdə, 5 kiloqram 772.518 qram narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Narkomaniya ilə mübarizədə ən effektiv metodlardan biri kimi maarifləndirmənin, o cümlədən ictimai qınağın, eyni zamanda uşaqlara valideyn nəzarətinin harmoniyası hədəflərə çatmağa əsas prioritetlərdəndir. Yəni, polisin yeniyetmələr arasında apardığı “Narkotiklərə yox deyək!”, “Narkotiksiz dünya” və s. kimi antitəbliğat kampaniyaları ilə yanaşı, valideynlərin də övladlarını daima nəzarətdə saxlaması, narkotiklərin törətdiyi fəsadlar baradə malumatlandırması, narkotik istifadəçilərinin cəmiyyət tərəfindən qınanması, onların reabilitasiyası üçün əməli addımların atılması olduqca vacib məsələlərdir.

Yeri gəlmişkən, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsi əməkdaşlarının da müvafiq dövrü ərzində xidməti ürəkaçandır. Bununla bağlı faktları diqqətimizə çatdıran İstintaq Şöbəsinin rəisi, polis mayoru Cavidan Əlizadə görülən işlərdən bir neçəsi ilə bizi tanış etdi.
Bugünlərdə vətəndaşın etibarından sui-
istifadə etməklə ona xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb. İstintaq zamanı məlum olub ki, özünü İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Qubadlı rayon sakini Məmməd Həsənov tamah niyyətilə Sumqayıt şəhərindəki 3 otaqlı sosial mənzili satacağı barədə vətəndaş Ələddin Həsənova yalan vəd verərək 10 min manatını alıb. Üstündən bir müddət keçməsinə baxmayaraq o, mənzili Ə.Həsənova təhvil verməyib. Zərərçəkmiş pulunun ona qaytarılmadığı üçün polisə müraciət edib.
Təqsirləndirilən şəxs İŞ-nin müstəntiqi, polis mayoru Bayram Əsgərovun topladığı materiallar əsasında qanuna təslim edilib və vətəndaş Ə.Həsənova vurduğu maddi ziyanın ödətdirilməsi təmin olunub.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər