Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.08.2021

Təbrik məktubları ünvanlanıb

DİN-nin Polis Akademiyası bu ilin sentyabrında yaranmasının 100 illiyini qeyd edəcək. Yarandığı gündən şərəfli xidmət yolu keçən Akademiyanın fiziki cəhətdən sağlam, intellektual səviyyəli, müasir tələblərə və təhdidlərə cavab verən peşəkar hüquqşünas kadrlarının hazırlanmasında xüsusi rolu var.
Yeri gəlmişkən, Akademiyanın əməkdaşlıq etdiyi xarici dövlətlərin ali və xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri yubiley münasibətilə təbrik ünvanlayıblar.

Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar universitetindən, Nijeqorodskaya Akademiyasından və Belarus Daxili İşlər Nazirliyinin Moqlevskiy institutundan daxil olan təbrik məktublarında böyük inkişaf yolu keçən Polis Akademiyasının maddi-texniki bazasının əhəmiyyətli dərəcədə güclü, müasir infrastruktura malik, müasir texnologiyalarla təchiz edilən təlim-tədris mərkəzi olduğu vurğulanıb. Həmçinin, ölkədəki daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətlərin, hüquqazidd əməllərin qarşısının alınmasında, eləcə də vətəndaşların konstitusion haqlarının qorunmasında bu təhsil ocağının yetirmələrinin hazırlıq, peşəkarlıq səviyyələrinin təqdirəlayiq olduğu qeyd edilib.

Sözügedən ali və xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri Polis Akademiyasının şəxsi heyətini bir daha yubiley münasibətilə təbrik edərək bundan sonra da üzərilərinə düşən öhdəlik və vəzifələri layiqincə yerinə yetirəcəyini əminliklə ifadə ediblər.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər