Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.07.2021

Polis Akademiyasının daha bir uğuru

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılğı ilə ADA Universitetinində Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə keçirilmişdir.
Müsabiqənin hazırlıq mərhələsində BQXK-nın Azərbaycan nümayəndəliyinin hüquq müşavirləri Jalə Əzizova və Qumral Aslanova, Heydər Əliyev adına Ali Hərbi Məktəbdən Ramid Hüseynov BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova, ADA Universitetindən Cavid Qədirov, Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini, polis mayoru Elnur Aslanov, Bakı Dövlət Universitetindən Rübabə Abdullayeva hazırlıq mərhələsində “Teams” proqramı üzərindən onlayn çıxışlar edərək müsabiqəyə qatılan nümayəndələr üçün vebinar keçirmişlər.
Mühazirələrdən sonra komandalar növbəti mərhələyə keçmək şansı əldə etmişlər.
Növbəti mərhələ 29-30 iyun tarixlərində baş tutmuşdur. Müsabiqədə Polis Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və ADA Universitetinin tələbələrindən ibarət 5 komanda təmsil olunurdu.
Müsabiqəyə Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Zaur Bağırovun təşkilatçılığı ilə qatılan 3-cü kursun kursantları Muhəmməd Nəsibli, Süleyman Süleymanov və Məhəmməd Məmmədli yüksək göstəricilərlə yadda qalmışlar.
Belə ki, kursantların rol-oyunu-simulyasiya və praktiki tapşırıqlar zamanı beynəlxalq Huma nitar hüquq normaları barədə bilikləri, eləcə də bu normaları tətbiq etmə bacarıqları xüsusi qiymətləndirilmiş, gərgin mübarizənin sonunda gələcəyin polislərinin komandası birinci olmuşdur. Bakı Dövlət Universitetinin komandası 2-ci yeri, ADA Universitetinin komandası isə 3-cü yeri tutmuşdur.
Qeyd edək ki, iştirakçılar müstəqil hakimlər heyəti tərəfindən qiymətləndirilmişdir.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər