Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.06.2021

Həyatın dibindən dünyanın fəthinə...

Bu gün o, şirkət rəhbəri, alkoqolizm və narkotikdən asılılığı olanların reabilitasiya mərkəzinin, xüsusi təyyarənin sahibidir.
Uşaqlıqda aldığı mənəvi zərbələr öz təsirini göstərir və o, narkotikə qurşanır.
Yeniyetmə yaşlarında zorakılıq, əzab-əziyyətdən ibarət olmuş uşaqlığını unutmaq üçün Los-Ancelesə yollanır. Öz sağlamlığının qayğısına qalmağı qarşısına məqsəd qoyur və tezliklə narkotik maddələrin qəbulundan imtina edir. Bu, ona böyük əziyyət bahasına başa gəlsə də o, müalicəsini yarıda qoymur.

Həyatının səhifəsini yenidən yazmağı bacaran Xəlil 13 il öncə başına gələnləri müsahibələrinin birində belə qeyd edir: “Eyş-işrət şənliklərinin birində narkotik vasitə qəbul etdikdən sonra ölümün pəncəsindən güclə qurtuldum. Mən elə dərinlikdəydim ki, ordan çıxmağım möcüzə kimi idi. Və bu möcüzə baş verdi. Məndən üz çevirən ailəmi və dostlarımı yenidən qazandım. İndi çox xoşbəxtəm...”

Xəlil Rafatinin “Mən ölməyi unutdum” kitabı beynəlxalq bestsellerlər arasında yer alır. Kitabda narkotikdən əziyyət çəkən bir insanın düşdüyü mühüt, yaşadığı depressiya, narahatlıq, ruh düşkünlüyü ilə mübarizə apamağın yolu göstərilir.
X.Rafati əsərində həkimlərlə yanaşı həyata yenidən qayıdışında, əzizlərinə, doğmalarına qovuşmasında əsas rol oynayan, ona həyatını məhv edən “ağ ölüm”ün caynağından xilas yolu göstərən, polisə də təşəkkür etməyi unutmur.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər