Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.05.2021

Polisdən talassemiyalı xəstələrə dəstək

Ölkəmizdə talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar. Bu həssas sahə ilə bağlı görülən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıb. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olanların digər insanlarla müqayisədə tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, Daxili İşlər Nazirliyinin rəhbərliyi də bu məsələyə xüsusi həssaslıqla yanaşır.

Belə ki, mütəmadi olaraq asayiş keşikçiləri qanvermə aksiyalarında fəal iştirak edir, qan verib yaşatmaqla xeyirxah missiyaya qoşulurlar.
İyunun 2-də Milli Hematologiya və Transfiziologiya Mərkəzi-Qan Bankı bölməsinin təşkilatçılığı ilə Sabunçu Rayon Mühafizə İdarəsində keçirilən aksiyada RMİ-nin 53 əməkdaşı iştirak edib.
Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.

Qanvermə aksiyasında ümumilikdə 15,9 litr qan tədarük edilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarının tələbləri nəzərə alınmaqla keçirilib.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər