Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.05.2021

Qəhrəmanlarımızı tanıyaq!

Vətən savaşı zəfərimizlə başa çatdı. İgid oğullarımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misli görünməyən qəhrəmanlığa imza atdılar. Bu müharibə xalqımızın Vətənə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha sübut etdi.

Qəhrəmanlıq salnaməmizin yazıldığı 44 günlük savaşda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgər və zabitləri də şücaət göstərdilər. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 4-nün Daxili Qoşunların hərbi qulluqçusu olması isə çox qürurvericidir. Gəlin bir də onları yaxından tanıyaq və tanıdaq.
Vətən Müharibəsi Qəhrəmanı, “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin komandiri, polkovnik Zəfər Qəzənfər oğlu Yusibov Murovdağ istiqamətində gedən döyüşlərdə, Kəlbəcər rayonunun işğaldan azad edilməsində qəhrəmanlıq və şücaət göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə o, Kəlbəcərin, Füzulinin, Xocavəndin, Hadrutun azad olunmasına görə və Müdafiə Nazirliyi tərəfindən “Şücaətə görə” medalları ilə təltif olunub.

Vətən Müharibəsi Qəhrəmanı, “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri, polkovnik-leytenant Füzuli Şiraslan oğlu İmrəliyev Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Şuşa uğrunda gedən döyüşlərdə vuruşub. O, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətən Müharibəsi Qəhrəmanı (ölümündən sonra), “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri, mayor Şixamir Oruc oğlu Qaflanov Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərib. O, oktyabrın 19-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən Müharibəsi Qəhrəmanı, kapitan Nicad Mehman oğlu Bədəlov Kəlbəcər, Cəbrayıl, Xocavənd, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Nicad Bədəlov "Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər