Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.04.2021

O, Vətən tarixində “Topçu Vüsal” kimi qalacaq

Vətən savaşında sərrast atışları ilə düşmənin onlarla canlı qüvvəsini, eləcə də döyüş texnikasını məhv edən “Topçu Vüsal” kimi tanıdığımız Vüsal Şahkərimov artıq bir neçə gündür ki, böyüyüb boya-başa çatdığı Xaçmaz rayonunun Qusarçay kəndinə, evinə məzuniyyətə gəlib.
Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgərimizlə bugünlərdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da görüşüblər.
Rayon Polis Şöbəsinin əməkdaşları Vüqar Orucov və Ülfan Əhmədov onun müharibə zamanı göstərdiyi qəhrəmanlıqları ilə fəxr etdiklərini bildiriblər. Ürəyi Vətən eşqi ilə döyünən igid oğul böyütdükləri üçün Vüsalın valideynlərinə də minnətdarlıqlarını ifadə edən polislər işğal altındakı torpaqlarımızın cəsur oğulların canı, qanı bahasına azad edildiyini vurğulayıblar.
“Topçu Vüsal”a bundan sonra da xidmətində uğurlar arzulayan həmkarlarımız görüşün sonunda igidimizlə xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.


Nizam Həmidov,
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər