Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.04.2021

Profilaktik tədbirlər keçirilir

Hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması ilə bağlı paytaxtımızda fəal iş aparılır.
Bugünlərdə polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışı elan olunan 26 nəfərin yeri müəyyənləşdirilərək qanuna təslim edilib. Küçə ticarəti ilə məşğul olduqlarına görə 118, avara və dilənçilik edən, tüfeyli həyat tərzi keçirən 53 nəfər saxlanılıb. Həmçinin xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər sosial-neqativ hallar aşkar olunaraq qabaqlayıcı tədbirlər görülüb. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının pozulması üzrə 1483 fakt qeydə alınıb ki, onlardan 12 nəfəri müalicə təyin olunduğu ünvanı tərk edən aktiv infeksiya daşıyıcısı olub.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 3223, o cümlədən kobud qayda pozuntusuna yol verən 169 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 116 nəqliyyat vasitəsi, avtomaşını sərxoş halda idarə edən 52 sürücü, 1 avtoxuliqan müəyyən olunub.
Tədbirlər davam etdirilir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər