Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.03.2021

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə Abbasov Vurqun Arif oğlu – polkovnik Cəbrayılov Rövşən Ata oğlu – polkovnik “İgidliyə görə” medalı ilə Məmmədov İlqar Aydın oğlu – general-mayor İsmayılov Alim Şükür oğlu – polkovnik Məmmədov Sahib Kamaləddin oğlu – polkovnik “Hərbi xidmətlərə görə” medalı ilə Babayev Eldar Muxtar oğlu – polkovnik-leytenant İsmayılov Eyvaz Əvəz oğlu – polkovnik-leytenant Məhərrəmov Zaur Barat oğlu – polkovnik-leytenant Məmmədov Vüqar Təhməz oğlu – polkovnik-leytenant Ələkbərov Rəşad Rafiq oğlu – mayor Tağıyev Arzuman Nadir oğlu – kapitan Qurbanov Elçin Yaşar oğlu – baş leytenant.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2021-ci il.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər