Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.02.2021

Vəzifə borcu, vətəndaş yanğısı

Hava şəraitinin dəyişəcəyi ilə bağlı edilən xəbərdarlıqdan sonra müəyyən hazırlıqlar görülsə də, necə deyərlər, Bakı qara təslim oldu. Güclü qarla bərabər havanın küləkli olması paytaxtda və regionlarda bir çox fəsadlara yol açdı. Qarşıya çıxacaq problemləri vaxt itirmədən həll etmək məqsədilə cavabdeh dövlət qurumlarının əməkdaşları fasiləsiz olaraq əhaliyə xidmət göstərmək üçün səfərbər olundular. Yeri gəlmişkən, hələ bir neçə gün öncə hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsi də vətəndaşlara müraciət edərək yollarda ehtiyatlı olmağa, təhlükəsizlik baxımından şəxsi avtomobillərdən zərurət yaranmadıqca az istifadə etməyə, daha çox ictimai nəqliyyata üstünlük verməyi tövsiyə etmişdi.

Müşahidə olunan hava şəraitində vətəndaşların rahat hərəkəti, yollarda təhlükəsizliyin təmini, eləcə də çarəsiz vəziyyətdə qalanların imdadına çatmaq üçün polis yenə də iş başındaydı. Yollarda köməksiz qalan hər kəsin köməyinə tələsirdi həmkarlarımız. Onların fədakarlığını yazmağa sözümüz çox olsa da danışan şəkillər, çəkilən zəhməti, peşəkar xidməti özündə əks etdirir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər