Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.02.2021

Dağlar qoynunda xidmət aparırlar

Kəlbəcər rayonu noyabr ayının 25-də işğaldan azad edildikdən sonra rayon Polis Şöbəsinin əməkdaşları daimi dislokasiya yerlərinə qayıdıblar. Dağların qoynunda qərar tutan bu rayonda polis əməkdaşları DİN Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparırlar.

Rayonda yerləşdirilmiş şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi olan şəxslərin buraxılmasını təmin edirlər.
DİN rəhbərliyinin göstərişinə əsasən polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. RPŞ-nin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Növbətçi hissədə və xidməti otaqlarda telekommunikasiya avadanıqları quraşdırılıb. Bundan başqa ərazinin çətin relyefi nəzəra alınaraq, Post-Patrul Xidməti əməkdaşları avtopatrul hərəkəti üçün yüksəklik şəraitində daha yaxşı manevr imkanlarına malik “pikap” tipli avtomobillə təmin edilib.

Polis Şöbəsinin ərazi üzrə 4 sahə məntəqəsi yaradılaraq üzərlərində informasiya lövhələri quraşdırılıb. Rayonun girişində və ərazisində polis əməkdaşlarının rahat və təhlükəsiz xidmət aparması üçün dəmir konstruksiyalı postlar da quraşdırılıb.

Eşqin Qasımov,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər