Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.02.2021

“Ən yaxşı qiraətçi”lər bəlli oldu

DİN-in Polis Akademiyasında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş “Ən yaxşı qiraətçi” adlı virtual müsabiqə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov ölkə Prezidenti tərəfindən bu ilin Nizami Gəncəvi ili elan olunmasını şairə böyük hörmət və ehtiramın bariz nümunəsi olduğunu vurğalamış, onun dünya ədəbiyyatının inciləri sırasına daxil olmuş əsərlərinin günümüzdə də öz aktuallığını qoruyub-saxladığını diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, yaradıcılığında insan hüquq və azadlıqlarına xüsusi önəm verən şairin humanist dəyərlərə söykənmiş söz xəzinəsi bu gün bütün dünyada öyrənilir və sevilir.
Sonra müsabiqəyə start verilmişdir. Birinci mərhələdə 3 nəfər birinci yerə uyğun ballar topladığına görə ikinci mərhələnin keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilmişdir. Üçüncü kurs kursantı Elşad Babayev və birinci kurs kursantı Səyyad Əliyev müsabiqənin qalibi olmuşlar. İkinci kurs kursantı Nicat Bağırov və dördüncü kurs kursantı Ayişə Əliyeva ikinci, ikinci kurs kursantı Alparslan Məmmədli isə üçüncü yerə layiq görülmüşdür.
İştirakçılara sertifikatlar təqdim olunmuş, qaliblər mükafatlandırılmışlar.

Aynur Səfərli,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər