Logotype

1933-cü ildən çıxır

Xəbərlər

20.01.2021

Hörmətlə anır, ehtiramla yad edirik

20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində həmin qanlı gecədə həyatını itirən polis əməkdaşlarının ailə üzvləri ilə Daxili İşlər Nazirliyində görüş keçirilib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələlər dinlənilib. Onların qeyd etdikləri məsələlərin həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyi və müraciətlərin nəzarətdə saxlanılacağı diqqətə çatdırılıb.
Şəhid ailələri 20 Yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz, həmçinin DİN rəhbərliyi tərəfindən daim hörmətlə anıldığını, ailələrinə hər zaman maddi və mənəvi yardımın edildiyini vurğulayıb, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Sonra şəhid ailələrinə maddi yardım təqdim olunub.

Zeyni Hüseynov,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər