Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.01.2021

Tədbirlər davam etdirilir...

Dünyanı cənginə alan koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atılmasına baxmayaraq, bəzi vətəndaşlar şəxsi məsuliyyətsizlik göstərərək qanunları pozur, qaydalara riayət etməkdən boyun qaçırırlar. Bu da yoluxma hallarının çoxalmasını qaçılmaz edir, ağır nəticələrə gətirib çıxarırır.

Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bu məqsədlə Bakı şəhərində və bölgələrdə təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır.
Narahatlıq doğuran səbəblərdən biri “CovId-19” infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olmasıdır. Bəzi vətəndaşların koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, ictimai yerlərdə aşkar edilərək saxlanılırlar. Ev şəraitində müalicə alanlar yaşadıqları ünvana, sağlamlıq vəziyyəti daha ağır olanlar isə xəstəxanaya yerləşdirilirlər.
Keçirilən reydlər zamanı sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar.

Sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılan xüsusi karantin postlarında müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən şəxslər saxlanılaraq geri qaytarılır. Müvafiq istiqamətlər üzrə karantin rejimi qaydalarını pozan şəxslər barədə inzibati tənbeh tədbirləri tətbiq olunur.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.



 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər