Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.12.2020

Maarifləndirmə və mübarizə tədbirləri davam etdirilir

COVID-19 infeksiyanın ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bu məqsədlə paytaxt və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır.

Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir.
Təəssüflər olsun bəzi vətəndaşlar qaydalara riayət etməyə məsuliyyətlə yanaşmır. Ən narahatçılıq doğuran səbəblərdən biri “COVID-19” infeksiyasına yoluxmuş sakinlərin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olmasıdır. Bəzi vətəndaşların koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, karantin qaydalarını pozaraq yaşayış yerlərini tərk edirlər. Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan vətəndaşların qanunazidd hərəkətlərinin qarşısı alınaraq, onlar həkim briqadasının da müşayiəti ilə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilirlər, evdə müalicə olunanlar isə evlərinə çatdırılırlar.

Paytaxtda və eləcə də bölgələrimizdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Bakı, eləcə də digər rayon və şəhərlərdə karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər