Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.11.2020

Polis övladı qaliblər sırasında

Ölkəmizin beynəlxalq miqyasda tanınmasında idmanın rolu danılmazdır. İdmanın ümummilli hərəkata çevrilməsi, inkişafı gələcək nəslin sağlam, vətənpərvər ruhda böyüməsinə xidmət edir. Yeri gəlmişkən, sıralarımızda yüzlərlə idmançı polislər var. Onların idman uğurlarını sadalamaqla bitməz. Polis polkovniki Zemfira Meftaxətdinova, polis polkovnik-leytenantı Mehman Fətəliyev, polis polkovnik-leytenantı Eduard Məmmədov, polis mayoru Həsən Əliyev, polis baş serjantı Razim Hüseynov adlarını dünya idman tarixinə qızıl hərflərlə yazdırmağı bacarıblar. Sevinirik ki, uğur estafeti nəsildən-nəsilə ötürülür, gənc nəslə örnək ömür yaşayanların davamçıları yetişir və onlara olan inamı doğruldurlar.
Gecəli-gündüzlü, ayıq-sayıq xidmət aparan həmkarlarımızın övladları da təhsildə, idmanda, incəsənətin müxtəlif növlərində əldə etdikləri nailiyyətlərilə bizləri sevindirirlər.
Bugünlərdə Vətən savaşında əldə etdiyimiz uğurlara idmançı gənclərimiz də dəstək nümayiş etdiriblər. Belə ki, noyabrın 5-i və 6-ı tarixlərində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Şəhidlərin xatirəsinə həsr olunmuş idmanın “Vale Tuda” (MMA) növü üzrə Bakı birinciliyi keçirilib. Turnirdə iştirak edən Abşeron RPİ rəisinin xidmət üzrə müavini, polis polkovniki Elçin Rəcəbovun oğlu, dəfələrlə müxtəlif döyüş növləri üzrə yarışların qalibi Qələmi Rəcəbov yenə də mükafatçılar sırasına adını yazdırmağı bacarıb. O, çıxış etdiyi 70 kiloqram çəki dərəcəsində rəqiblərini üstələyərək finala vəsiqə qazanıb. Çətinliklə keçən döyüşün sonunda qarşı tərəf sevinib. Mükafatların təqdim olunması üçün Q.Rəcəbov fəxri kürsünün II pilləsinə dəvət olunub.
On iki yaşından idmanla məşğul olduğunu, ölkəmizdə və dünyada keçirilən hər bir yarışa ciddi hazırlaşdığını deyən Qələmi fiziki deyil, yalnız təcrübə baxımdan rəqibindən geri qaldığını, hər yarışın hədəfləri müəyyənləşdirməyə kömək etdiyini bildirdi.
Qeyd edək ki, həmkarımızın övladı Q.Rəcəbov idman nailiyyətləri ilə yanaşı, ictimai işlərdə də fəallığı ilə tanınır. O, Təhsil Nazirliyinin “Bir Tələbə-Könüllü” Proqramının Gəncə Dövlət Universitetinin koordinatoru, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Tələbə Gənclər Təşkilatının sədridir.
T.Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər